Zeyn Malik

Zeyn Malik
ing. Zayn Malik
Ümumi məlumatlar
Doğum adı Zain Javadd Malik[1]
Ləqəbləri DJ Malik, Bradford Bad Boy, ZAYN[2], Zayn Malik[2]
Doğum tarixi 12 yanvar 1993(1993-01-12) (31 yaş)
Doğum yeri
Uşağı 1
Partnyorları
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], musiqiçi, müğənni-mahnı yazarı
Fəaliyyət illəri 2010-cu ildən
Janrlar pop musiqisi, müasir R&B[d], dans-pop, alternativ R&B[d]
Səs tembri tenor, lirik tenor
Albom şirkətləri Columbia Records, RCA Records
Üzvlüyü
inzayn.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeyn Malik (tam adı: Zeyn Cavadd ​​Malik; 12 yanvar 1993, Bredford, İngiltərə) — Böyük Britaniya müğənnisi. Bütün zamanların ən məşhur oğlan qruplarından biri olan “One Direction”ın üzvü olmuşdur.

Zeyn Malik 2015-ci ildə qrupla yollarını ayırmaq qərarına gəlmişdir. Zeyn 2016-cı ildə özünün solo debüt albomu olan “Mind of Mine”ı təqdim etmişdir. Bu albom “Pillowtalk” sinqlına görə məşhurdur. Onun digər sənətçilərlə ifa etdiyi, bütün dünyada hitə çevilən mahnıları da var: “I Don't Wanna Live Forever” (Teylor Svift ilə) və “Dusk Till Dawn” (Sia ilə). Zeyn 2018-ci ildə “Icarus Falls” adlı ikinci studiya albomunu buraxıb. Onun üçüncü albomu “Nobody Is Listening” 2021-ci ildə işıq üzünə çıxıb.

Zeyn müxtəlif mükafarlara namizəd göstərilib və bəzilərini qazanıb: bir “American Music Award” və bir “MTV Video Music Award”. Zeyn Malik yeganə sənətçidir ki, iki dəfə Billboard Musiqi Mükafatında “İlin Yeni Sənətçi” mükafatını qazanıb. O, ilk dəfə 2013-cü ildə One Direction qrupunun üzvü kimi bu mükafatı qazanmışdı, sonra isə 2017-ci ildə solo ifaçı kimi yenidən qalib olub.

  1. https://www.thewikifeed.com/zayn-malik/.
  2. 1 2 https://www.inzayn.com/.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy